kargo

Zobun qarşısını alan məhsulların adları açıqlandı - FOTO

Zobun qarşısını alan məhsulların adları açıqlandı - FOTO

78676
Qalxanabənzər vəzin düzgün işləməsi üçün yodla zəngin qidalara ehtiyac var.

Bu barədə rusiyalı tanınmış dietoloq İrina Rıl danışıb. O, orqanizmdə yod çatışmazlığını bərpa etmək üçün hansı qidaların kömək etdiyini deyib.

“Bu mənada ideal seçim dəniz kələmi, dəniz məhsulları, dəniz balığı, feyxoa, xurma və qozdur”, - deyə o, bildirib.
Zobun qarşısını alan məhsulların adları açıqlandı - FOTO

Bundan əlavə, diyetoloq hormon istehsalı üçün tirozin olan qidaları yeməyi təşviq edib.

“Bu amin turşusu avokado, kivi, əncir, ərik və bananda olur.

T3 və T4 hormonlarının istehsalı üçün selenium lazımdır. Braziliya qozu bu mənada əvəzsizdir”, - deyə Rıl sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, qalxanabənzər vəzi insan orqanizmin ən böyük daxili sekresiya vəzisidir. Sağlam qalxanabənzər vəzi orqanizm üçün çox əhəmiyyətli hormonlar istehsal edir. Bu vəz orqanizmin enerji deposu və çox vacib orqanıdır. Qalxanabənzər vəzin hazırladığı hormonun sekresiyası azalarsa orqanizmin iş qüvvəsi azalar, artıq sekresiya olunarsa artar.

Qalxanabənzər vəzin iltihab və xərçəngdən başqa bir səbəblə böyüməsinə isə zob deyilir. Normada orta yaşlı sağlam insanların gündəlik yoda olan tələbatı 120-300 mkq-dır. Gün ərzində 100 mkq-dan az miqdarda yodun orqanizmə daxil olması zob xəstəliyinin inkişafına səbəb olur.


Mənbə: RİA Novosti
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ