kargo

Zebra darıxmasın deyə, yanına eşşək saldılar - Bakı Zooparkında - VİDEO

Zebra darıxmasın deyə, yanına eşşək saldılar - Bakı Zooparkında - VİDEO

605
"Bakı Zooloji Parkı"nda uzunqulaqla zebranın eyni yerdə saxlanılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Uzunqulaqla zebranın eyni yerdə saxlanılması maraq doğurub. Bununla bağlı "Bakı Zooloji Parkı"nın direktoru Azər Hüseynov ilə əlaqə saxladıq.


O, 32gun.az-a açıqlamasında bildirib ki, zebra darıxmasın deyə bu addımı atıblar:


"Zebra darıxmasın deyə yanına uzunqulaq salmışıq. Bu digər ölkələrin zooloji parklarında da tətbiq olunur. Dişisi gətirilənədək bir yerə salmışıq ki, bir yerdə yaşasınlar, tək qalmasın".

Amia. Az saytının whatsapp və əlaqə nömrəsi 070 511-33-00

XƏBƏR LENTİ