kargo

Qadınlar aqressiv, xəyanətlər trend olacaq - 2022-nin proqnozu - VİDEO

Qadınlar aqressiv, xəyanətlər trend olacaq - 2022-nin proqnozu - VİDEO

78676
Tanınmış astroloq, metafizik, taroloq, Fenq şui üzrə mütəxəssis Məryəm Teymur OLAY-a müsahibəsində 2022-ci ildə Azərbaycanda baş verəcək dəyişikliklər və yeniliklər barədə danışıb.

OLAY-ın kamerası qarşısına keçən Məryəm Teymur bildirib ki, 2022-ci il mavi və açıq yaşıl pələng rəngində gələcək:

Özümüzü hazırlamalıyıq, görək bizi qarşıda gözləyən il pozitivdir, ya aqressivdir?
İlin simvolinin pələngdə olması həm vəhşilikdən, həm də təbii impulslardan xəbər verir. Pələng qüdrəti, gücü, aqressiv və ani davranışları ilə bizə tanışdır. Bunu bizə ilin ulduzları da göstərəcək. İlimiz Venera retroqradından başlayır. Venera eşq, dəb, yeni tendensiyaları olan bir planetdir. Birbaşa öz bürclərinə təsir edəcək – Buğa və Tərəzi bürclərinin həyatında güclü dəyişikliklər baş verəcək. Hər birimizin enerji axışımızda 12 bürc, 12 astoroloji evimiz var. Ona görə bu dəyişiklik hər birimizə təsir edəcək. Hər insanın 4 bürcü var. Hər birindən 4 şans əldə edə, həm də itirə bilər. Bu, bizim davranışımıza bağlıdır. Növbəti il mənəvi, psixoloji yüksəliş dövrünə keçirik.
İlin planetlərinə, astoroji hadisələrə baxsaq, martadək Buğa və Tərəzidə dəyişiklik olacaq, İlboyu Buğa və Əqrəb bürcü iki fərqli yol seçməli olacaqlar.

Şir və Qoç bürcləri konservativ bir mövqe sərgiləyəcək, yeniliklərə açıq olmayacaqlar.
Dolça və Oğlaq bürcündə doğulanların içərisində yetərincə nizam, sərhədlər var. Onlar o qədər zəhmətə alışıblar ki, bu il onlar üçün yüngül keçəcək və rahat olacaqlar.

Balıqlar, Əqrəblər və Xərçənglərin həyatında həm mənəvi, həm də eşq həyatında yeniliklər olacaq.
Yer Qız, Buğa və Oğlaq bürcündə doğulanların ayaqlarının altından qaçacaq. Bu, fürsətdir – yeniliklərə başlamaq, azad olmaq üçün.

Şir, Qoç və Oxatanlar maddi risklər etmək istəyəcəklər. İndiyədək sakit qalanlar vulkan kimi püskürməyə çalışacaqlar.

Dolçalar, Tərəzilər, Əkizlərin həyatında həm ruzi, həm də sevgi münasibətinin dəyişimi olacaq. Evlərinin dizaynında, görüntüsündə də dəyişikliyə can atacaq, müsbət enerji arxasınca qaçacaqlar.
İlin numerologiyasında 3 rəqəm ilə qarşılaşırıq. 3 rəqəmi tərəzini, qara ayı simvolizə edir - yəni, ağ ayın kölgəsi. Öz kölgəmizdən qorxmamalıyıq. 2 rəqəmini də görürük. 2 mənəvi gücün gizli sirləridir. İlboyu Venera və Plutonun bir araya gəlməsi qapalı sandıqların açılmasına səbəb olacaq. Buraya daxili emosiyalarımızı üzə çıxarmağımız, ya hansısa xəstəlikdən qurtulmaq, ya da yoluxmaq kimi məsələlər var. Bunun üçün xəstələnmədən öncə həkimə müraciət etmək, istirahət etmək lazımdır. Həmçinin, psixoloji gərginlik yaşamamışdan öncə psixoloqlara getmək, düzgün müalicə almaq lazımdır.

6 rəqəmi bizə iki tac göstərəcək. Seçim bizə qalacaq: Bu tac ya ruzidə, ya da sevgidə olacaq. Bunların ikisindən birini seçmək lazımdır. Çünki bir əldə iki qarpız tutmaq mümkün olmayacaq. Ona görə də, birini seçib, həmin yoldan davam etmək və uğur qazanmaq lazımdır.

Veneranın retroqrad olması 19 dekabrdan başlayır, bir də tam ay - dolunay günündən. Bu da özünəməxsus hadisələrin başladığı gündür. Tam ay insanların enerjisini itirdiyi və bərpa etdiyi zamandır. Dolunay günü 29 yanvaradək davam edəcək. Venera ruziyə və sevgiyə bağlı olduğu üçün köhnədən qalmış hadisələr bir proses də keçəcək. 2022-ci ilə çatmaq üçün yarımçıq qalmış işləri tamamlamalı olacağıq. İş-güc, sevgi münasibətlərini yoluna qoymaq lazımdır.

2022-ci ildə güclü dəyişikliklər baş verəcək. Neqativ ulduzlar nə qədər güclü gəlsə də, bir o qədər pozitiv ulduzların gəlişi gözlənilir. Xoşbəxtliyi və firavanlığı sevən Yupiterin Balıqlar bürcündə yerləşməsinə əsasən deyə bilərik ki, hər kəsə fürsət verəcək. Amma Venera retroqrad olduğu üçün səni bir o qədər də köhnə münasibətləri nəzərdən keçirməyə məcbur edəcək.

18 yanvardan başlayaraq Ay düyünləri Buğa və Əqrəb bürcünə keçəcək. Əqrəb bürcü klassik astrologiyanın 8-ci maliyyə evinin sahibidir. Əqrəb həm də transformasiyadır. Hər kəsin yeniliklərə marağı artacaq və biliklər əldə etməyə başlayacaq. Alış-verişlə güclü balansı axtaracağıq. Burada çıxış və giriş enerjini düzəltmək lazımdır. Pələngin özü fərqli bürclərə münasibətini göstərəcək. Çin astrologiyası ilə baxsaq, sağlamlıq enerjimizdə güclü gərginlik ulduzu yaranacaq. Bu da bir-birimizi başa düşməməyə, eşitməməyə, sərt davranışlara səbəb olacaq və sağlamlığımıza təsir edəcək. Ümumi olaraq neqativ ulduzun qadınların davranışına təsiri olacaq. Onlar aqressivləşəcək. Evdə yaşlı analarımıza, qocalarımıza diqqət yetirməliyik. Cavanların da arasında xəyanətlər, yalanlar trend olacaq.
Buğa bürcü isə 2-ci maliyyə evimizdədir. Bu da o deməkdir ki, ilboyu ya itirməklə, ya da əldə etməklə məşğul olacağıq. Çin astrologiyası göstərir ki, su ünsürlərinin sərhədsiz imkanları olacaq, bir yerdə duranlar isə bataqlığa düşəcək.

Azərbaycan üçün 4 uğurlu və akamedik bir rəqəmdir. Gənc və yeniyetmələrimiz, o cümlədən özünü inkişaf etdirmək istəyən hər bir bəndə mənəvi gücünü dəyişdirəcək böyük uğurlar əldə edəcək. Dünyada da elm insanlarının sayı artan istiqamətdə gedəcək və özlərinin yeni tendensiyalarını yarada biləcəklər. Azərbaycanda elm sahəsinə çoxlu yatırımlar olacaq. Biznes sahəsində də hər kəs artıq yeni innovasiyalara, biliklərə açıq olacaq və yeniliklərə imza atacaq. Kosmik və texniki enerjinin gücü daha çox ön plana çıxacaq.
Klassik astrologiyaya nəzərən deyə bilərik ki, Yupiter geniş davranmağı sevir, Balıq isə pessimistliyi ilə qərar verir. Yupiter Qoç bürcünə keçəndə hərəkətimiz üçqat artacaq və burada bədən bioritmi özünü göstərməyə başlayacaq.

Bu il 5 rəqəmi ailədə və ictimaiyyətdə özünəməxsus xaos yaradacaq. Tarixə baxsaq, görərik ki, Birinci və İkinci dünya savaşları 5 nömrəli uçan ulduz mərkəzdə yerləşəndə baş verib. İlin tendensiyası güclü pul, güclü balansızlıqdır. İnsanlar daha ruhani olmağa, evlərində yenilik etməyə başlayacaqlar. Elm insanları çoxalacaq. Yaradıcılıq qabiliyyətləri yüksək olanlar önə çıxacaq. Pələng həm də yıxmaq deməkdir. Hansısa konsepsiyalar yıxılacaq, yeniləri yaranacaq.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ