kargo

Öləndən sonra Necə DİRİLƏCƏYİK? - Qurandakı GİZLİ YAZI

Öləndən sonra Necə DİRİLƏCƏYİK? - Qurandakı GİZLİ YAZI

78676
Dəfələrlə dünyaya gəlib, sonra yenidən ölmək. Öldükdən sonra təkrar dirilmək. Bu necə baş verəcək?

Ölən bir insanın ruhunun başqa bir bədəndə yenidən dirilməsi dünyanın ən qədim inanclarından biridir. Maraqlı olan isə bunun həqiqətən doğru olub olmamasıdır.

AMİA.AZ xəbər verir ki, Bu gün bir bax kanalında çox maraqlı bir araşdırma izləyəcəksiniz. Fikirlərinizi mütləq aşağıda yerləşən şərh bölməsində gözləyirəm, hamısını oxuyub cavablandıracam. Beləliklə getdik…

Quranda bundan belə bəhs olunur: “Sizi torpaqdan yaratdıq, ora qaytaracağıq, sizi təkrar oradan çıxaracağıq”.

Tövratda isə bu belədir: “Rəbb öldürür və dirildir; ölülər diyarına endirir və çıxarır”.

İsa Məsih bu haqda deyir: “Təkrar doğulmadıqca, göylərin krallığına girə bilməzsiniz”.

Reinkarnasiya adlanan qədim inanca görə, insan ruhu öldükdən sonra dəfələrlə başqa bədənlərdə doğulur və maraqlı olanı isə əvvəlki həyatı haqqında heç nə xatırlamır.

Təkrar dirilmə necə baş verir?

Reinkarnasiyaya görə, insanların sonrakı həyatları keçmişdə yaşadıqları ilə müəyyən olunur. Yəni ruh əvvəlki həyatında nəyi əksə, onu da biçir. Karma təliminə görə, hər kəsin indiki həyatındakı davranışlarının nəticələri sonrakı həyatında ortaya çıxır. Karma fəlsəfəsi keçmişdəki əməllərimizin gələcəkdə pis və ya yaxşı nəticələr doğuracağından bəhs edir. Bu təlimə görə, insanlar ruhən inkişaf etmək və ruhi təcrübələrini artırmaq üçün kainatın hər yerində təkrar-təkrar doğulurlar. Ruh fərqli bədənlərə girərək, hər dünyaya gələndə yeni şeylər öyrənir, bir az da məlumat və təcrübə qazanaraq təkamül prosesindən keçir.

Reinkarnasiyada geriyə qayıdış yoxdur, ancaq irəliyə doğru inkişaf var. Yəni insan hər dəfə təkamüllə bir qədər də inkişaf etmiş insan kimi doğulur. Ruh hər dəfə dünyada yeni bir rol oynayır və işi bitəndə bir müddətlik dincəlmək üçün sakitliyə çəkilir.

Keçmişin izləri

Hər insan yenidən dünyaya gələndə əvvəl yaşadıqlarının nəticələri ilə qarşılaşır. Amma bunlar öz davranışlarının planı çərçivəsində hazırlanmış nəticələrdir, bundan tamamilə insanın özü məsuliyyət daşıyır. Yəni insan öz seçimlərinin nəticələrini hazırlayır və yaşayır. Bu həyatımızda qarşılaşdığımız, səbəbsiz sevdiyimiz, ya da sevmədiyimiz insanlar, istifadə etdiyimiz, ya da etmədiyimiz istedadımız, səbsiz qorxularımız, məsuliyyətlərimiz keçmiş həyatımızdan bu günədək gəlmiş və hələ üzərimizdə öz təsirlərini göstərən nəticələrdir. Səbəblərini bilmədiyimiz fobiyalarımız, sevgilərimiz, qorxularımız, münasibətlərdə üzləşdiyimiz problemlər keçmiş həyatımızdan daşıdığımız izlərdir.

Məsələn, qapalı məkan qorxusu olan birinin əvvəlki həyatlarından birində qaranlıq bir otaqda həbs edilməsi, yaxud sudan qorxan birinin əvvəlki həyatında dənizdə boğulması ehtimallar daxilindədir. Başqa sözlə, yaşadığımız hər olayda bundan əvvəl etdiyimiz seçimlərin nəticələrini görürük. Amma gələcək günlərin gedişatını dəyişdirmək məsələsində azadıq. Yəni əsas xətlər istisna olmaqla, hər şey əvvəlcədən hazırlanmış qəlib içində formalaşmır. Karma yalnız keçmişdə yaşadıqlarımız üçün yox, bu həyatımız üçün də iş başındadır.

Əvvəlki həyatımızı niyə xatırlamırıq?

Keçmiş həyatımızı xatırlamamağımızın səbəbi, yeni bir bədənlə yeni bir həyata başlayan ruhun bu həyatda uğurlu olması üçündür. Unudan bədənə aid yaddaşımızdır, ruhumuza aid olan yaddaş isə həmişə xatırlayır. Keçmiş həyatımızda yaşadıqlarımızı xatırlamaq, indiki həyatımızın səbəbini bilmək deməkdir. Bu dünyadakı həyatımızın qayəsi savab və günahlarımızla bərabər, səy göstərmək və təcrübə qazanmaqdır. Bu səbəbdən keçmiş həyatımızı xatırlamamağımız bu həyatımızda daha çox şey öyrənməyimizi, daha çox təcrübə qazanmağımızı təmin edir.

Qərbdə ruhun ölümdən sonra yenə bir insan bədəninə keçməsinə reinkarnasiya, heyvan bədəninə keçməsinə isə transmiqrasiya deyilir. Bu inanc tarixin bütün dövrlərində mövcud olan dini inancların içində yer alıb. Ən köklü şəkildə isə Hinduizm və Buddizmdə özünə yer tapıb. Hindlilərin müqəddəs kitabları - “Veda”lar maddi aləmdə yaşayan hər canlının insan bədəninə çatanadək 8 milyon 400 min fərqli həyat formasından keçməsindən bəhs edir.

Qərb tarixində reinkarnasiyanı ilk dəfə Pifaqor və Platon kimi qədim yunan filosofları dilə gətirib. Əslində ruhun köçü anlayışı ən qədim dövrlərdən – antik Misir, Maya və İnk sivilizasiyalarından bəri qəbul edilmiş anlayışdır. Qədim Yunanıstandan sonra Qnostiklərdə qəbul olunmuş və antik Roma mədəniyyətində mənimsənilmiş bu qavrayışa Kabala təlimlərində də rast gəlinir. Bura buddistlər və hindlilər də daxildir. Bu Asiya Şamanizmində və bir çox hindu qəbilələrində də mövcuddur.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ