kargo

Təbii fəlakətlər çoxalacaq, şəhərlər, kəndlər dağılacaq- Nadimdən ŞOK ÖNGÖRÜ

Təbii fəlakətlər çoxalacaq, şəhərlər, kəndlər dağılacaq- Nadimdən ŞOK ÖNGÖRÜ

78676
"Mən 2013-cü ildə 2020-ci ildən dünyada və Qarabağda savaş başlayacağını bildirmişdim".

AMİA.AZ xəbər verir ki, bu sözləri tanınmış ekstrasens Nadim Əlixanov deyib.

O bildirib ki, artıq Vətən savaşı baş tutub (qalib gələcəyimizi də demişdim), 2022-ci ildə isə dünya savaşı ilə proqnoz vermişdim və həmin tarix gəlib çatıb:

“Aqressiya ilə dolu, üzdə gülən, altında ölüm olan bir il olacaq. Aqressiyadan insanlar o qədər zombiləşmiş hala gələcək ki, bu il həddən çox əsəbi, gərgin il olacaq. Dünya ölkələrində çoxsaylı mitinqlər olacaq.

Təbii fəlakətlər çoxalacaq və həddən artıq çox can alacaq, şəhərləri, kəndləri dağıdacaq. Mən bunu ötən ilin proqnozunda da demişdim və təkrar edirəm ki, təbii fəlakətlər 2021-ci ildən başlayıb və bu il davam edəcək.

Dünya müharibəsinə hətta bir ildən də az vaxt qalıb. Çox xoş, üzləri güldürən bir il kimi başlayacaq 2022-ci il. Ancaq görəcəksiniz: mitinqlər, terrorlar, böyük liderlərin türmələrə düşməsi, sui-qəsdlər və əsasən böyük təbii fəlakətlər olacaq.

Bu işlərə başımız qarışdığı bir vaxtda koronavirus da öz işində olacaq, can almağa davam edəcək. Bunu edən Allah deyil, dünya masonlarıdır”.

Ekstrasens bildirib ki, bu proseslər Azərbaycana o qədər də təsir etməyəcək:

“Zəngəzur dəhlizinin açılması və s. bu kimi proseslərlə il keçəcək. Amma bunlar da rahatlıqla olmayacaq. Ancaq Qarabağa yaxın olan bölgədə savaş qaçılmazdır – İran üzərində. İranda savaş dünya müharibəsinin tərkib hissəsi olaraq başlayacaq və İran üzərində qurulan oyunlardan Qarabağda da yenidən alovlanma olacaq.

Dünyada iki ölkə savaşa başlayacaq – mən bunu Rusiya-Ukrayna konfliktinə görə demirəm.

Allah aqressiyalarla dolu, terrorlarla, sui-qəsdlərlə, mitinqlərlə dolu bir ildən Azərbaycanı, azərbaycanlıları və türk dünyasını qorusun. Azərbaycan üçün o qədər də böyük fəsadlar olmayacaq, amma dünyada gedən proseslərdən hər bir ölkəyə az-çox pay düşür”.axar.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ