kargo

Qorxulu xəstəliyin yeni əlaməti: öskürək, bəlğəm ilə qan...

Qorxulu xəstəliyin yeni əlaməti: öskürək, bəlğəm ilə qan...

78676
Digər orqanlarda xərçəngin inkişafı nəticəsində bədxassəli şişlər ağciyərlərin hər hansı bir yerində yarana bilər, həmçinin onlara metastaz şəklində yayıla bilər.

Məqalədə qeyd edilir ki, ilkin mərhələdə onkoloji xəstəliklər heç bir şəkildə özünü biruzə verməyə bilər. Xərçəngin bəzi əlamətlərini başqa diaqnozlarla aşkarlamaq məcburiyyəti yaranar.

Buna baxmayaraq, diqqətli olmaq lazımdır: şiş nə qədər tez aşkar edilərsə, qurtulma şansı bir o qədər yüksəkdir.

Böyük Britaniya Xərçəng Araşdırması İnstitutu öskürəyi ağciyər xərçənginin ən çox görülən simptomu adlandırıb.

Öskürək davam edə bilər və ya ağrılı olar. Həmçini səsin tonu dəyişər. Bundan əlavə, bəlğəm ilə qan ifraz olun bilər ki, bu da müxtəlif ağciyər infeksiyalarını göstəricisidir.

Digər simptomlar qəfil başlayan nəfəs darlığı, sinə və ya çiyin ağrısı, iştahsızlıq, daimi yorğunluq hissi və kilo itkisidir.

İngiltərə Milli Səhiyyə Xidməti (NHS) yuxarıda göstərilən əlamətlərə üz və boyun şişməsi, həmçinin barmaqların əyriliyini də əlavə edib.publika.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ