kargo

33 il əvvəl qaçırılan şəxs çəkdiyi xəritə ilə anasını tapdı - VİDEO

33 il əvvəl qaçırılan şəxs çəkdiyi xəritə ilə anasını tapdı - VİDEO

78676
33 il əvvəl uşaq ikən qaçırılan şəxs çəkdiyi xəritə sayəsində anasına qovuşub.

AMİA.AZ Ölkə.Az-a istinadən xəbər verir ki, film ssenarilərinə bənzəyən hadisə Çində baş verib.

37 yaşlı Lin Çinqvey 4 yaşı olanda Çinin cənub-qərbindəki Yunnan əyalətində yaşadıqları kənddədki qonşusu tərəfindən qaçırılıb.

Onu qaçıran şəxs təxminən 1000 km uzaq məsafəyə köçüb.

Qaçırılıdığını heç vaxt unutmayan Li yaddaşını təzələmək üçün tez-tez böyüdüyü kəndin xəritəsini çəkib. Bir xəbərdə gördüyü ana-bala qovuşmasından təsirlənən şəxs çəkdiyi xəritənin fotosunu ötən ilin dekabrında sosial şəbəkələrdə paylaşaraq insanlardam ona kömək etməsini xahiş edib.


Polisin araşdırmaya başlaması ilə kəndin adı və anasının kim olduğu qısa müddətdə üzə çıxıb.
Görüş zamanı ana "məhayət, balaca körpəmi tapdım" deyərək ağlamağa başlayıb.
Məlum olub ki, bu illər ərzində Linin anası yaşayış yerini dəyişərək, ondan 100 km uzaqlıdakı əraziyə köçüb. Buna baxmayaraq onlar bir-birindən xəbərsiz yaşayıblar.

Li mərhum atasına ehtiram əlaməti olaraq yenidən Yunnana köçəcəklərini söyləyib.

Qeyd edək ki, uşaq oğurluğu və insan alveri Çində xroniki problemdir. Bir uşaq siyasəti kimi cütlərin sahib ola biləcəyi uşaq sayına dair köhnə məhdudiyyətlər və ənənəvi olaraq oğlanlara üstünlük verilməsi körpə və uşaq qaçırma hallarının artmasına səbəb olub.

33 il əvvəl qaçırılan şəxs çəkdiyi xəritə ilə anasını tapdı - VİDEO

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ