kargo

Çinlilərin yaratdığı "süni Günəş" rekorda imza atdı - 70 milyon dərəcə istilik

Çinlilərin yaratdığı "süni Günəş" rekorda imza atdı - 70 milyon dərəcə istilik

78676
Çinin "süni Günəş"i son təcrübələrdə Günəşdən 5 dəfə yüksək temperatur dərəcəsinə çataraq yeni rekorda imza atıb.

AMİA.AZ xəbər verir ki, çinlilər tərəfindən yaradılan süni Günəş 17 dəqiqədən çox 70 milyon dərəcə istilik saxlaya bilib.

Sinxua Xəbər Agentliyinin verdiyi məlumata görə, cümə axşamı keçirilən eksperimentin nəticələrini Çin Elmlər Akademiyasının (ASIPP) Plazma Fizikası İnstitutunun tədqiqatçısı Qonq Syanzu açıqlayıb. Məlumatda çinli mütəxəssislərin 2040-cı ilə qədər enerji istehsal etməyə ümidli olduqları bildirilib.

Sözügedən proqramın məqsədi ulduzlarda baş verən təbii reaksiyaları təqlid etməkdir.

EAST layihəsi Günəş və digər ulduzların daxilində baş verən reaksiyaları təqlid edərək demək olar ki, qeyri-məhdud təmiz enerji təmin edə bilən texnologiyanın inkişaf etdirilməsi məqsədi daşıyır.Çinin şərqindəki Anhui əyalətinin paytaxtı Hefeydə bu istiqamətdə təcrübələr davam edir. Adi nüvə enerjisində istifadə edilən birləşmədən fərqli olaraq, bu proqramın arxasında heç bir təhlükəli tullantı qalmaması planlaşdırılır.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ