AMİA.AZ Hindistan mediasının məlumatına əsasən xəbər verir ki, mərasimdə 6 saatdan az vaxt ərzində müsəlman və hindu icmalarından 4826 nəfər dünya evinə daxil olub.
Racastxan Baş naziri Aşok Gexlotun da iştirak etdiyi mərasimə cütlüklərin ailələri və qohumları da daxil olmaqla 1 milyondan çox insan qatılıb.
Mərasimdən sonra yeni cütlüklərə zinət əşyaları və məişət əşyaları kimi hədiyyələr təqdim olunub.
Paylaşılan məlumata görə, kütləvi toy mərasimi kasıb ərazilərdə yaşayan və maddi cəhətdən çətinlik çəkən cütlüklərə dəstək verən qeyri-hökumət şurası tərəfindən təşkil olunub.Yeniavaz.com