AMİA.AZ xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov Əməkdar artist Elza Seyidcahanla bağlı açıqlamasında deyib.
Meyxanaçılar "MeyXəbər" proqramında müğənninin Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsinə münasibət bildiriblər. Belə ki, onlar insanların bu hadisəni tənqid etməsinə haqq qazandırıblar.
Vüqar Seyidcahanın şeirlərinin mənasız olduğunu deyərək onları ələ salıb: "Bəlkə gələcəkdə lazım olacaq. İndi aktyorlar onun şeirlərini iyrənc formada ifadə edirlər. "Qazanı açdım, kəfini yedim". Bu nədir? Vallah, qaytaracaqsan".
Qeyd edək ki, meyxanaçı ilə müğənni uzun illərdir küsülüdür. Vüqar Elzanın ünvanına "Elza şeir yazmasın. O, şeir yaza bilmir. Bir də görürsən, girir şeirlərin içinə “ana qaz, ananas”... Etmə belə başına dönüm sənin, Elza" sözlərini deyib. Seyidcahan isə "Bir insanın ki, həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, mənim şeirlərimi başqa istiqamətə yozacaq" - deyə, Vüqara cavab verib.