kargo
kargo

Azərbaycanlı xanəndəyə ağır itki: Xəstəxanada öldü - VİDEO

487
"Xalq ulduzu" yarışmasının iştirakçısı Tural Salmanova ağır itki üz verib.

AMİA.AZ lent.az-a istinadən xəbər verir ki , xanəndə "Günün sədası" verilişində bildirib ki, atası 72 yaşında dünyasını dəyişib:

"Anam və atam koronavirus xəstəliyinə yoluxmuşdu. Anamın səhhəti atamınkından daha ağır idi. Amma anam sağaldı, atam dünyasını dəyişdi. Xəstəliyi yox idi. Sağlam adam idi. 1950-ci il təvəllüdlü idi. Bir müddət evdə müalicə aldılar. Bu zaman məni yaxına qoymurdular. Onların yanına getmədən mən də koronovirusa yoluxdum.

Anamı və atamı xəstəxanaya yerləşdirdik. Amma onu itirdik. Xəstəliyinin son günlərində yanına getdim, gördüm ki, rəngi dəyişilib. Səhəri gün yenidən yanına getdim, gördüm ki, dünyasını dəyişib. Mənə çox bağlı idi. Hər gün internetdə mənim mahnılarıma qulaq asırdı".

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ