kargo
kargo

"Əmlak kralı"nın qızı ilə bağlı şok iddia təsdiqini tapdı: 4 yaşlı oğluna içki içirib, üzünə marixuana tüstüsü üfləyib - FOTO

433
Məşhur iş adamı, "əmlak kralı" Dikran Masisin qızının narkotik aludəçisi olduğu təsdiqlənib.

AMİA.AZ xəbər verir ki, iş adamının qızı Aleksandra Masisin 4 yaşlı oğluna spirtli içki qəbul etdirdiyi, marixuana qoxladıb üzünə narkotik dumanı üflədiyi iddia edilib. Bununla bağlı gənc qadının keçmiş həyat yoldaşı Şafak Susamcıoğlu şikayətçi olub və uşaqlarının qəyyumluğunun Masisə verilməməli olduğunu deyərək üsyan edib.

Digər tərəfdən, Beykoz dövlət xəstəxanası tərəfindən hazırlanan hesabatda Aleksandra Masisin narkotik aludəçisi olduğu qeyd olunub və müalicə edilməsi tövsiyə edilib. Hesabata rəğmən, övladlarının qəyyumluğunun hələ də analarında olduğunu vurğulayan Susamcıoğlu fikirlərini bu cür ifadə edib:

"Keçmiş həyat yoldaşımın oğlumun üzünə narkotik dumanı üfürməsi ilə bağlı prokurorluğa məlumat verdim, iddiamı sübut etdim. Qanunda qeyd olunur ki, narkotik aludəçisi olan ananın qəyyumluğu ləğv edilə bilər, bəs bu qayda niyə Masis ailəsi üçün tətbiq edilmir? Oğlumun başına bir iş gəlsə, kim cavab verəcək?".

"Əmlak kralı"nın qızı ilə bağlı şok iddia təsdiqini tapdı: 4 yaşlı oğluna içki içirib, üzünə marixuana tüstüsü üfləyib - FOTO
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ