kargo

Rəşad Dağlı dindarlardan üzr istədi - VİDEO

Rəşad Dağlı dindarlardan üzr istədi - VİDEO

78676
Tanınmış meyxanaçı Rəşad Dağlı dindarlardan üzr istəyib.

AMİA.AZ xəbər verir ki , R.Dağlı bildirib ki, meyxana bədahətən olduğu üçün yanlışlığa yol verib.

“Masallıda toyların birində meyxanaçı Rəhmanla deyişməmiz olub. Əvvəlki toyların birində Rəhman mənə bir bənd meyxana demişdi, bu toyda da onu xatırlatdı. Mən də ona cavab vermişəm. Sözün bədahətən olmasına görə fikrimi düzgün çatdıra bilməmişəm. Bu da dindarlar arasında haqlı olaraq narazılığa səbəb olub. Məni tanıyanlar bilir, seyid nəslindənəm, bu yolun tərəfdarıyam, Məşhəd və Kərbəla ziyarətlərində olmuşam, həmişə çalışmışam, dini təbliğ edim. Qardaşlarım bilsinlər ki, heç də həmin tərbiyədə, əxlaqda deyiləm, üzrxahlığımı qəbul etsinlər” – meyxanaçı qeyd edib.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ