kargo

Mətanət İsgəndərli qızından danışıb ağladı - VİDEO

Mətanət İsgəndərli qızından danışıb ağladı - VİDEO

78676
Əməkdar artist Mətanət İsgəndərli “Həmin Zaur” verilişində qonaq olub.

Proqramda qızının görüntülərinə baxan sənətçi göz yaşlarını saxlaya bilməyib:

“Ülkər üçün darıxıram. Görüntülü danışıram, amma bir də var ki, onu hiss edəsən, öpəsən, qucaqlayasan. Allah bütün qızları xoşbəxt etsin, mənim də balalarım onların içində. Qızım uzaqdadır, qürbətdədir. Bir də görürsən ki, Ülkərə bənzəyən bir qız görürəm, ürəyim əsməyə başlayır. Sonuncu dəfə yayda yanına getmişdim. Beş ay əvvəl Tuana adlı qızı dünyaya gəlib. Gözləri Ülkərinkinə oxşayır. Arzu edirəm ki, Azərbaycan anaları həmişə balalarının xoşbəxtliyini görüb sevinsinlər”.

Qeyd edək ki, müğəninin qızı Türkiyə vətəndaşı ilə ailəlidir və orada yaşayır.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ