kargo

“Məscidə girəndə ayaqqabımı niyə çıxarmalıyam ki?!” – VİDEO

“Məscidə girəndə ayaqqabımı niyə çıxarmalıyam ki?!” – VİDEO

78676
"Bütün dini kitabları orta əsrlərin qalığı hesab edirəm. Allaha inanan adamam, deistəm”.

AMİA.AZ xəbər verir ki, bu sözləri aparıcı Kamran Həsənli "AStar” yutub layihəsində deyib. Şoumen hesab edir ki, Allah hər bir adamın içindədir:

"Hərəmiz Allahın bir zərrəsiyik. Bizimlə danışan vicdan – Allahdır. Əgər o mənimlə danışırsa, mollaya, məscidə, kilsəyə, sinaqoqa nə ehtiyacım var? Özü danışır da mənimlə. Məbəd mənəm. Məni o yaradıb axı, kilsəni mən tikmişəm. Əgər mənimlə danışırsa, mən məbədəmsə, onda o kitablara nə ehtiyacım var? Dahi İmadəddin Nəsimi bunu demək istəyirdi”.

Həsənli məscidlə kilsə arasında olan fərqdən də danışıb: "Girirəm kilsəyə, görürəm ki, mərmərdir, Mikelancelonun əsərləridir, yaxşı ətir gəlir, Baxın tokkatası səslənir, qadınlar da başlarını bağlayıb, sakit danışırlar. Ora Allahın ibadət yeridir, orada qıza baxma da. Bir yerdə gedə bilək, qoya öz arvadımla gedə bilim.

İndi bizim məscidə gəlirəm. Qadınlar ayrı, kişilər ayrı. Girən kimi deyirlər ki, ayaqqabını çıxart. Niyə axı çıxarım? Evdən dörd saatdır çıxmışam, corabda…. Çıxartdım ayaqqabını. İndi deyir ki, al bu zənbili, ayaqqıbını qoy içinə, oğurlayarlar. Deyirəm ki, burada? Deyir ki, hə, sənin ayaqqabın bir az təzədir, götürəcəklər. Təsəvvür edin, ayağımda corab, əlimdə zənbil məscidə girirəm. İndi kilsədəki halıma baxın… Yenə də deyirəm, din adamı deyiləm, Allaha inananam, fərqi göstərirəm. Məscid, kilsə, sinaqoq olmalıdır, amma bu işlərin reformaya (islahata-red.) ehtiyacı var”.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ