AMİA.AZ xəbər verir ki , “Porsche”nin mühəndisləri yeni elektrikli krossoveri sınaqdan keçirərkən nasazlıq yaranıb. Yeni “Macan” modelinin batareyaları qarlı havada doldurularkən hələlik məlum olmayan problem üzə çıxıb. Bu hadisə gizli fotoqrafların kamerasından yayınmayıb. Fotoqrafları görən zavod işçiləri avtomobili gizlətməyə çalışıblar.
Təxminən 15 dəqiqə sonra nasazlıq aradan qaldırılıb və maşın zavoda qaytarılıb. Həm də çox asta sürətlə.
Qeyd edək ki, “Porsche Macan” modeli “Volkswagen” qrupunun premium elektromobil platformasına aiddir. Yəni, bu model sırf elektrik mühərriki ilə istehsal ediləcək.Avtosfer.az


