Ermənistan İstintaq Komitəsi özünü buraxdığını elan etmiş Qarabağdakı separatçı qurumun "Təhlükəsizlik Şurasının" keçmiş "katibi" Vitali Balasanyana qarşı qanunsuz silah saxlamağa görə cinayət işinin başlandığını elan edib.
AMİA.AZ "Arevelyan Legion" erməni Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.
Onun sözlərinə görə, Balasanyan “Makarov” tapançasını təhvil verib. Qor Abramyan bildirib ki, bu faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə) ilə iş açılıb. Bu maddəyə görə azadlıqdan məhrum etmənin maksimum müddəti üç ildir.
Nilay, BakuPost