kargo
kargo

“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsi icra edilir - FOTOLAR

134
“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsi Qubadlı rayonu N.Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb.

Sözügedən layihə çərçivəsində açılış görüşü keçirildi. Dəyirmi masa formatında təşkil edilən görüşdə layihənin rəhbəri, Qubadlı rayonu N.Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbinin direktoru Tünzalə Hüseynova təbdir iştirakçılarına layihə haqqında ətraflı məlumat verdi. Bildirildi ki, layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif sosial səbəblərdən problemlərlə üzləşən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Layihənin icrası müddətində məktəblilər arasında təşkil olunan müxtəlif qruplara həyat bacarıqları barədə geniş məlumatların yayılması, seçilmiş uşaq və yeniyetmələr arasında istedadlıların inkişafı, onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş təlimlərin və kursların təşkil edilməsi, təlimlər və kurslarda hazırlanan əl işlərindən ibarət sərginin təşkil edilməsi və geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə layihənin başlanğıc və yekun mərhələsində geniş dəyirmi masanın keçirilməsi də planlaşdırılır.

T.Hüseynova qeyd etdi ki, layihənin icrası müddətində hər qrupda 15 nəfər olmaqla ümumilikdə 4 qrupda 60 nəfərə xüsusi dərnəklərin təşkili nəzərdə tutulub. Dərnəklər komandaya daxil olan mütəxəssislər tərəfindən keçiriləcəkdir. Əsas təlim istiqamətləri taxtada iş, muncuqlardan formalar, şüşə üzərində işləmələr, toxuma, daş üzərində rəsmlər və s. ibarətə olacaq. Art terapiya kurslarına isə 15 nəfərdən ibarətə 1 qrup cəlb ediləcək. Layihə komandası tərəfindən sosiallaşmağa ehtiyacı olan uşaq və yeniyetmələr sırasında formalaşacaq qrupda art terapiyadan istifadə olunacaq. Bu məqsədlə komandaya daxil olan art terapiya mütəxəssisinin iştirakı ilə art terapiya kursları təşkil ediləcəkdir. Dərnəklərdə (həmçinin art terapiya kurslarında) iştirak etmiş şəxsləri həvəsləndirmək, onların cəmiyyətə inteqrasiyalarına yardım etmək məqsədi ilə bu fəaliyyətlər zamanı düzəldilmiş əl işlərinin sərgisi təşkil ediləcəkdir. Kurslar zamanı hazırlanmış əl işlərindən ibarət sərgi layihənin sonunda təşkil olunacaq. Sərgiyə dəvət edilən müxtəlif qonaqlara oradakı işlərin müəllifləri tanış etmək, onların gələcək fəaliyyətlərinə dəstək olmağa yardım etmək nəzərdə tutulub.

Geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə layihənin başlanğıc hissəsindəki kimi yekun mərhələsində də, dəyirmi masanın keçirilməsi planlaşdırılır. Burada əsas məqsəd ondan ibarətdi ki, layihənin benefisiarların mövcud problemlərinə geniş ictimaiyyətin diqqətini yönəltmək və eləcə də, həmin kateqoriyadan olan şəxslərin istedadlarını üzə çıxarmaqla bərabər onun inkişaf etdirilməsinə lazımi dəstəyin verilməsinə nail olmaqdır.


Layihə gələn ilin martında yekunlaşacaq.
“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsi icra edilir - FOTOLAR
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ