kargo

QHT qazilərə Bakı şəhərində səyahətlər təşkil edəcək

QHT qazilərə Bakı şəhərində səyahətlər təşkil edəcək

78676
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyi “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin icrasına başlayıb.

Bu barədə QHT.az-a Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızı məlumat verib.
O, qeyd edib ki, layihə 3 ay icra olunacaq. Vətən müharibəsində iştirak edən qazilərə psixoloji dəstək üçün tarixi yerlərə səyahətlərin təşkil edilməsi nəticəsində onların aktivliyinin artırılmasına xidmət edir. Layihənin məqsədi Vətən müharibəsində iştirak edən qazilərə psixoloji dəstək olaraq, onların cəmiyyətə inteqrasiyasına yardımçı olmaq, aktivliklərini artırmaq və diqqətləri onların üzərinə yönəltməkdir.

İlk tədbir 26 mart 2022-ci il tarixində bir qrup qazini Bakı şəhərində və ətrafında olan tarixi yerlərə səyahətlə başlayacaq . Onlarla psixoloqlar söhbətlər aparacaqlar.
“Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində gəzintilərdə məşhur restoranlardan birində yemək , çay-kofe və şiriniyyat stolu düzənlənəcək.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ