kargo

Xətai rayonu 27 saylı orta məktəbdə 11-ci sinif ŞAGİRDİN MÜƏLLİM TƏRƏFİNDƏN DÖYÜLMƏSİ TƏSDİQLƏNDİ

Xətai rayonu 27 saylı orta məktəbdə 11-ci sinif ŞAGİRDİN MÜƏLLİM TƏRƏFİNDƏN DÖYÜLMƏSİ TƏSDİQLƏNDİ

78676
Uşağı Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alan valideyn şikayətçidir.

Bu barədə valideyn mediaya müraciət ünvanlayıb.

İddia edilib ki, təhsil müəssisəsinin “Coğrafiya” fənni üzrə müəllimi Kənan Həsənov həmin məktəbin 11 “c” sinif şagirdini səbəbsiz olaraq təhqir edib: “Yaranan münaqişə əsnasında müəllim şagirdə hədə-qorxu gəlib. Baş vermiş hadisənin görüntüləri məktəbin təhlükəsizlik kameralarında var. Burada hətta müəllimin şagirdə əl qaldırdığı da müşahidə olunur”.

Qeyd edilib ki, Kənan Həsənov eləcə də məktəbin 8 “c” sinif şagirdlərinə qarşı xoşagəlməz ifadələr işlədir: “İki il öncə şagird və valideynləri təhqir etdiyinə görə Kənan Həsənov 6 “e” sinfinin müvafiq olaraq sinif rəhbəri vəzifəsindən uzaqlaşdırılıb”.

Qeyd edilən məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, müvafiq araşdırma aparırlar: “Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

Paytaxtdakı 27 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) müəllimi tərəfindən döyülməsinə dair məsələ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, araşdırma zamanı məlum olub ki, 14.04.2022-ci il tarixində tənəffüs zamanı sözügedən məktəbin müəllimi ilə 11-ci sinif şagirdi arasında yaranmış mübahisə müəllimin şagirdə zərbə vurması ilə nəticələnib:

“Müəllim baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verib. Həmin məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Bundan əlavə, ümumi təhsil müəssisəsində müəllim-şagird münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulması, təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verilməməsi, yaranmış anlaşılmazlığın konstruktiv həll edilməsinə səy göstərilməsi istiqamətində müəssisə rəhbərliyi tərəfindən aidiyyəti şəxslərlə birlikdə müvafiq iş aparılıb. Müəllimlə şagird arasında yaranan anlaşılmazlıq aradan qaldırılıb və tərəflər qarşılıqlı olaraq narazılıqlarının olmadığını bildiriblər”, - deyə əlavə edilib.oxu.az
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ