kargo

Təhsil Nazirliyi açıqladı - Bu müəllimlər işdən azad ediləcək

Təhsil Nazirliyi açıqladı - Bu müəllimlər işdən azad ediləcək

78676
Bu il orta ümumtəhsil məktəblərində və ali təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin sertifikasiyasına başlanacaq. Proses test imtahanları və müsahibə mərhələlərindən ibarət olacaq.

AMİA.AZ xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva "Xəbər Ertəsi"nə deyib ki, sertifikasiyanın əsas məqsədi müəllimlərin peşəkar inkişaf səviyyəsinin yoxlanmasıdır.

Tükəzban Quliyeva bildirib ki, keçid balını toplamayan və ya üzürlü səbəblərdən imtahanda iştirak etməyən şəxslər 1 il sonra yenidən imtahan verməli olacaqlar. Ancaq növbəti dəfə uğur qazanmadıqda, həmin müəllimlər işdən kənarlaşıdırılacaqlar.

Sertifikasiya imtahanlarının keçirilməsi ilə bağlı qərar isə müəllimlər tərəfindən birmənalı qarşılanmır.

Təhsil üzrə ekspert Elşən Qafarov deyib ki, bu günə qədər müəlimlərin diaqnostik qiymətləndirilməsi keçirilib, ancaq bu, müəllim peşəkarlığını yoxlamaq məqsədi daşımayıb. Sertifikasiya isə özlüyündə onların peşə bacarıqlarının səviyyəsini ortaya çıxaracaq. Bununla belə, Ekspert prosesdə ciddi çatışmazlıqların olacağını istisna etmir.

Ekspertin sözlərinə görə, imtahanlarda uğur qazanmayan müəllimlərin əmək müaviləsinə xitam verilməsi həmin şəxslərin sosial və psixoloji durumlarına ciddi təsir edəcək. O həmçinin deyir ki, sertifikasiyadan keçə bilməmək həmin şəxslərin diplomlarının qüvvədən düşməsi anlamına gəlmir. Yəni işdən azad edilənlər yenidən Müəllimlərin İşə Qəbulu İmtahanlarında və ya digər sahələrdə özlərini sınaya biləcəklər.

Ekspert onu da qeyd edib ki, sertifikasiyanın yekununda 30 faiz müəllimin işsiz qalacağı ehtimal olunur.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ