kargo

“Zəfər Yolunun hədəfləri azərbaycançılıq birliyi işığında” mövzusunda seminar keçirildi

“Zəfər Yolunun hədəfləri azərbaycançılıq birliyi işığında” mövzusunda seminar keçirildi

216
Mədəni İnkişaf və Dialoq İctimai Birliyi 23 iyun 2022-ci il tarixində Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə və Yasamal rayon Heydər Əliyev Mərkəzinin təşkilatı dəstəyi ilə Mırkəzin akt zalında "Zəfər Yolunun hədəfləri azərbaycançılıq birliyi işığında" mövzusunda maarifləndirmə və məlumatlandırma seminar – treninqini keçirib.

Seminarda Yasamal rayon H.Əliyev Mərkəzinin əməkdaşları və 1 və 2 nömrəli Bakı Tibb Kolleclərinin tələbələri iştirak ediblər.

Seminarın əsas məqsədi Zəfər çalmış ölkəmizdə azərbaycançılıq birliyinin, xalq-dövlət-ordunun vəhdətini təbliğ etməkdir.

Mövzu ətrafında hazırlanmış materiallar seminar iştirakçılarına paylanıb.

Seminarı qısa giriş sözü ilə Yasamal rayon H.Əliyev Mərkəzinin Fond müdiri Nigar Hüseynova açaraq, tədbirin əhəmiyyətini vurğulamış və seminar aparıcılarını təqdim edib.

İlk olaraq məruzəçi professor Rəna Mirzəzadə "Zəfər Yolunun hədəfləri" mövzusunda çıxış edib.

Daha sonra ikinci mühazirəçi fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov "Azərbaycançılıq birliyiyinin 44 günlük müharibənin qələbə ilə başa çatmasına müsbət təsiri " mövzusunda çıxış edib.

Hər iki mövzu aktuallığı ilə əlaqədar maraqla qarşılanıb. 1 nömrəli Bakı Tibb Kollecinin Gənclər təşkilatının sədri Həsənbəyli Elnur da tədbirlə bağlı öz fikirlərini bildirib.

Mövzu ətrafında iştirakçılarla fikir mübadiləsi aparılıb.

Yekunda seminar-treninq iştirakçıları maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildiriblər.
Cavab olaraq professor Rəna xanım Mirzəzadə yaradılmış şərait üçün Kollecin və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.

“Zəfər Yolunun hədəfləri azərbaycançılıq birliyi işığında” mövzusunda seminar keçirildi
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ