kargo

Daşırır səbrimi mənim - Elbariz Məmmədli

Daşırır səbrimi mənim - Elbariz Məmmədli

159
Neynim, qədrini bildiyim,
Bilmədi qədrimi mənim.
Bulandırdı havasında ,
Könlümün ətrini mənim.

Ömrü əritdim boş yerə,
Bu ruhu, qəlbi daş yerə,
İtələdi savaş yerə,
Sözümü, sətrimi mənim.

Bu nədi, hərəmxanadı?
İlahi, nə dəmxanadı,
Hər günü sitəmxanadı,
Öldürür xətrimi mənim.

Oturub boynumda naşı,
Tərsinə çatılıb qaşı,
Adam, çək bu alabaşı,
Daşırır səbrimi mənim.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ