kargo
kargo

Anasının Adnan Oktara satdığı qızcığaz məhkəmədə ŞOK FAKTLAR açıqladı - VİDEO

359
Anası tərəfindən 9 yaşında Adnan Oktara verildiyini deyən S.M. adlı qadın dəfələrlə məruz qaldığı zorakılıqlardan danışıb.

AMİA.AZ xəbər verir ki, hazırda 18 yaşı olan və heç kim ona inanmayacaq deyə əlində olan səs yazılarını məhkəməyə təqdim edən gənc qız dekolteli paltar geyindiyini və Adnan Oktarın yanına aparıldığını bildirib.

Adnan Oktarı istəmədiyi təqdirdə anası tərəfindən döyüldüyünü bildirən S.M, "Təşkilat üzvləri məni hədələyir. İndi normal yaşamaq istəyirəm", - deyə söyləyib.

2018-ci ildə qızı S.M.-i Adnan Oktarla evlənməsi üçün incidən və onu buna məcbur edən 45 yaşlı ana Dilek Ç. iki ayrı ittihamla 26 il 6 aya qədər həbs cəzası alıb.

Hadisə zamanı 15 yaşında olan şikayətçi S.M.-in Polis Şöbəsinə təqdim etdiyi səs yazısında Adnan Oktarla evlənməyə anası Dilek Ç.-nin göstəriş verdiyi, əgər evlənərsə, Boğaziçidə evi və lüks avtomobillərinin olacağı əksini tapır.

Zərərçəkmiş S.M.-nin ifadələrinin də yer aldığı iddianamədə onun 8 yaşında olarkən anasının ona sosial şəbəkə hesabı açdığı, makiyajlı və bikinili fotolarını paylaşdığı, Adnan Oktar qrupuna daxil olan şəxsləri dostluğa əlavə etdiyi qeyd edilib.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ