AMİA.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Məleykə Əsədova "Günün sədası" proqramında deyib. Aktrisa şəxsi həyatı ilə bağlı açıqlamalar edib. O bildirib ki, bir neçə dəfə övladını itirib:
"Oğlan övladı istəmirəm. İkinci övlad da istəmirəm. Bir neçə dəfə övladım oldu və itirdim. Oğlan idi... Hər zaman arzulamışam ki, qızım olsun. Gülər də Allahın mənə verdiyi ən böyük hədiyyədir".