Aktrisa Telli Hüseynova yaradıcılığından danışıb.
AMİA.AZ xəbər verir ki, aktrisa “7 canlı” verilişində bildirib ki, ona seriala çəkilmək üçün yüksək pul təklif etmirlər:
“Bir-iki dəfə mənə serial təklifi etdilər. Amma elə aşağı pul təklif etdilər ki, etməsəydilər ondan yaxşıdır. 30-50 manat pul verəcəyik dedilər. Bunu mənim kimi insana necə demək olar axı? Mən 28 ildir ki, bu sənətdəyəm. Sizdən geyim istəmirəm. Heç olmasa 100 manat verin. Ona görə də getmirəm”.