AMİA.AZ xəbər verir ki, bu sözləri müğənni Damla "Fatehin divanı" proqramında deyib. Sənətçi sənət adamları tərəfindən hər zaman tənqid olunmasından danışıb:
"İllərlə məşhurluq qazananların bir ara uğurlarına şübhə ilə yanaşması oldu. Bəziləri isə qazandıqları uğuru əllərində saxlaya bilmirdilər. Mən gəldim və ortalıq bir-birinə dəydi. Bütün basqılar mənə yönəldi. Deyirdilər, niyə gəlir? Öz uğuruna güvənən sakit olur. Şübhə ilə yanaşan narahat olur. Başqasının 20-10 ilə qazandığını mən 2-3 ilə etdim. Bunu da həzm etmək ağır oldu. Sahib olduqlarımla insanları qıcıqlandırmadım. Demədim, baxın, bahalı maşınım var. Əlbəttə, həyatımı düzənə qoydum. Amma açıb göstərmədim, baxın, sizdən biri deyiləm, artıq ulduzam".Axşam.az