M.Xanlarova nəvələrindən söz açaraq bunları deyib:
"Məni kənardan dəlisov biri bilirlər. Amma uşaqları sevirəm, onlara baxaram. Mənə bir baxça versinlər, hamısına baxım. Bütün uşaqları saxlayım. Adam var hövsələsi yoxdur.
Düzdür, qızını döyməyən dizini döyər. Yeri gələndə nəvələrim döyülür də. Evdə yeganə qorxduqları adam mənəm. Uşaq bilməlidir nə nədir... İndi bəzi cavanlar heç böyük görəndə yalandan yerindən qalxmır. Amma bizim qanımızda var. İstər müğənni, istər aktyorlar olsun, getdikcə dəyişir hər şey".Axşam.az