kargo

Ağakərimin oğlu Naziləni polisə verdi

Ağakərimin oğlu Naziləni polisə verdi

78676
Meyxanaçı Kərim Novruzovun ( Ağakərim) oğlu Kamil Novruzov şairə Nazilə Səfərlidən polisə şikayət edib.

Bu barədə o, OLAY-a açıqlamasında bildirib. Kamil deyib ki, Səfərlinin ittihamları ilə bağlı 102 xidmətinə zəng edib:

"Bu böhtanlardan yoruldum. Ona görə 102 xidmətinə zəng etdim, məni Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə yönləndirdilər. O yazıb ki, guya psixotrop dərmanlar verirəm və sair. Bunlar balaca məsələ deyil, böyük ittihamlardır. Əlimdəki sübutlarla, həkimlərin yazdığı reseptlərlə, Səhiyyə Nazirliyinin qoyduğu əlillik diaqnozu ilə bölməyə yaxınlaşdım və ərizə yazdım".

***

N. Səfərli isə Kamil Novruzovun onu polisə şikayət etməsinə münasibət bildirib. O, OLAY-a açıqlamasında bunları deyib:

"Hara istəyir şikayət etsin. Şəxsiyyət vəsiqəsində "səy gədə" yazılan kim varsa, məndən şikayətçi olsun".

Qeyd edək ki, N. Səfərli bir neçə gün öncə instaqramda status yazaraq Kamilin atasına qəsdən psixotrop iynələr vurduğunu, ondan bağını 150 minə satdığını gizlətdiyini iddia edib.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ