kargo

"Məcbur plastik əməliyyat etdirirlər, sonra da mimikaları dəyişir"

"Məcbur plastik əməliyyat etdirirlər, sonra da mimikaları dəyişir"

78676
"Məşhur müğənnini seçmək istəyirsinizsə, çıxın onunla şəhərdə gəzin. İndi guya gündəmdə olanlar, aralarında Xalq artistləri də var, fərq etmir. Gedək küçədə gəzək, görək insanlar kimə salam verəcək. Fərqi yoxdur, Bakının hər bir küçəsi və Azərbaycanın rayonları. Görək xalq kimi tanıyır, kimlə görüşür. Sənətçi var 40 ildir oxuyur, heç bir dəftərdə adı yoxdur. Xalq onu tanımır, şəklini göstərəndə bilmirlər kimdir".
AMİA.AZ xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Səhər mərkəzi" verilişində deyib. Sənətçi gündəmdə olan müğənnilərdən söz açıb.

İzzət "Demisiz ki, xarici aktyorların üzü qırış içindədir, bizimkilər isə..." sözlərinə belə reaksiya verib:

"Bizdə yaşlanan kimi başlayırlar onu efirdən, teatrdan, kinodan uzaqlaşdırırlar. Xaricdə isə üzü qırış-qırışdı filmlərə çəkilir. Silvester Stalonu, Tom Kruz, Roberto denero, Al Paçino yeni filmə çəkilir, üz-göz qırışdır. Daha da maraqlıdır. Türk seriallarında cavan oğlanla qız cütlük seçirlər, amma valideynlər daha çox tutur. Bizdə məcbur olub gedib plastik əməliyyat etdirir. O da efirdə görünür, mimika dəyişir".

"Müğənni də cırıq cinslə efirə çıxar" açıqlamasını isə İzzət danıb:

"Klassik müğənni elə çıxmaz. Əslində pis fikir deyil. Elə bilin mən İzzət Bağırov, o cür səhnəyə çıxmışam. Deyəcəksiniz, nə əcəb? Müğənni var ki, elə çıxsa yeyiləcək. Hər verilişin öz geyimi var. Verilişə dəvət alanda deyirəm oxumaq var? Oxumaq olmayanda idman tərzi geyinirəm. Oxumaq varsa, kostyumla gəlirəm".
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ