kargo

Çimnaz Sultanova ƏSƏBİLƏŞDİ: “Məhkəməyə müraciət edəcəm, pulumu verin…” – AÇIQLAMA

Çimnaz Sultanova ƏSƏBİLƏŞDİ: “Məhkəməyə müraciət edəcəm, pulumu verin…” – AÇIQLAMA

78676
“Kim istəyir ki, baxış sayı çox olsun, ya mənim şəklimi qoyur, ya da bostanıma daş atır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında aktrisa Çimnaz Sultanova deyib.

Aktrisa onun şəklindən istifadə edib, ona söz atanlara xəbərdarlıq edib:

“Reytinq olsun deyə montaj edib mənim şəklimi qoyurlar. Mən təmkinli, səbirli insanam. Amma bir gün səbrim daşacaq, çox pis olacaq. Nə üçün yazırlar? Nəyə görə bir-birinə dəxli olmayan şəkil qoyurlar? Altdan kiminsə şəklini qoyursunuzsa, onda bizə pul ödəyin. Məni qınaq mənbəyinə çevirirsinizsə, faizimi ödəyin. Ödəmirsinizsə, deməli düşmənçiliyiniz var! Məhkəməyə müraciət edəcəm. Məhkəməyə də müraciət edəndən sonra nəsillərini tökürlər, ağsaqqallarını gətirirlər ki, “ay qurban olum, elə deyil, belə deyil, siz bizim dəyərli sənətkarımızsınız, bağışlayın”.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ