kargo

Afət Fərmanqızı Və Flora Kərimova Məhkəmə Çəkişməsinin Səbəbkarı Ruhi Əliyevadır? – VİDEO

Afət Fərmanqızı Və Flora Kərimova Məhkəmə Çəkişməsinin Səbəbkarı Ruhi Əliyevadır? – VİDEO

78676
AMİA.AZ xəbər verir ki , tanınmış müğənni Afət Fərmanqızını Xalq artisti Flora Kərimova məhkəməyə verib.

Afət Fərmanqızı barəsində Binəqədi rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət edib.

F.Kərimova bu faktı açıqlamasında təsdiqləyib. Xalq artisti bildirib ki, Afət Fərmanqızı onun müalicəsi barədə qeyri-etik ifadələr işlədib:
Afət Fərmanqızı Və Flora Kərimova Məhkəmə Çəkişməsinin Səbəbkarı Ruhi Əliyevadır? – VİDEO

Məsələylə bağlı müğənni Afət Fərmanqızı müxtəlif xəbər saytlarına bildirib ki, Flora Kərimovanın əlində heç bir əsas olmaya-olmaya onu məhkəməyə verib:

“O mənə şər atıbdır. Bir jurnalist deyə bilməz ki, mən ad çəkərək kiminsə ünvanına söz demişəm. Anam da deyil, hətta nənəm yaşda qadındır. Mən onaa heç bir söz deməmişəm. Özü mənim ünvanıma çox pis sözlər deyir. İstəmirəm saytlarda o cür başlıqlar qoyularaq düşmənlərim sevinsin. O məni məhkəməyə verəndə özüm də şoka düşdüm ki, görəsən bu məndən nə istəyir…Deyilənə görə, belə şeyləri xoşlayır. Həyatda onu görməmişəm. Məhkəmə işləri ilə vəkilim məşğul olur. Yaşı 80-i keçib, düşüb qapı-qapı məhkəmələrə gedir. Əlində isə heç bir əsası və sübutu yoxdur. Çox gülməli bir məsələdir. O vaxtları mənə dediyi təhqirlərinə görə, onu məhkəməyə vermişdim. Sonra aparıcı Mətanətin xahişi ilə ərizəmi geri götürdüm. O bildirir ki, “Mən Afətin Nəsiminin qəzəlinə oxuduğu mahnıya irad bildirmişəm, Afət də məni təhqir edib”. Bir fakt göstərin ki, mən ad çəkmişəm…Bəs o hardan bilir ki, mən onu deyirəm?…”.

Afət Fərmanqızı bir çox məsələlərə aydınlıq gətirmişdi. Onun sözlərinə görə, bütün baş verənlər Flora Kərimovanın fikri deyil. Müğənni qeyd edib ki, Flora Kərimovanı idarə edənlər saytın baş redaktoru Ülkər Qasımova və saytın təsisçisi olan xanımdır:

“Onun arxasında “sənin arxandayam” deyənlər var. Ona deyirlər ki, get Afəti məhkəməyə gətirt. Hələ ki, mənim vaxtım yoxdur. Başım qarışıqdır. Əslində, mən də onu məhkəməyə vermişəm. Görürəm ki, onun məhkəmələrdən xoşu gəlir. Boş adamdır, xoşu gələn yerlərə tez-tez getsin. Mən Nəsiminin musiqisini oxuyandan sonra tənqidə başladı. Mən isə tənqidinə təşəkkür etdim. Bunun arxasında duranlar var. Bu söhbətlətin başlanğıcı üç il öncəyə gedib çıxır. Onun işini aparan və səhifəsinə baxan qız bir saytda baş redaktordur. O saytın da yaradıcısı iş xanımıdır. Həmin iş xanımı da mənimlə prinsip aparır. Mən elə fikirləşirəm ki, bu Flora xanımın fikri deyil. Sadəcə ona deyirlər ki, belə et o da edir. Bunlar bir komandadırlar. Sözügedən sayt news24.az saytıdır. Mənbə: Hurriyyət.az

Xatırladaq ki, news24.az saytı iş adamı kimi tanınan Ruhi Əliyevanındır.Bu saytı o təsis edib.Deyilənə görə Ruhi Əliyevanın bir neçə xəbər saytları var.

Bizdə AMİA.AZ olaraq sözügedən məsələ ilə bağlı qısa bir araşdırma apardıq. Bizə məlum oldu ki, Binəqədi məhkəməsinin sədri Araz Kazımovdur. Araşdırmamızın nəticəsi olaraq, @qarpız.mürəbbəsi adlı tiktok səhifəsi iş adamı Ruhi Əliyva Türk müğənnisi Sibelcanın da qatıldığı konsert proqramında Binəqədi rayon Məhkəməsinin sədri Araz Kazımovun da iştirak etməsi barədə video paylaşıb. Binəqədi məhkəməsinin sədri Araz Kazımov hər iki xanımı alqışladığı iddia olunur.Belə bir qənaətə gəlirik ki, Afət Fərmanqızı və Flora Kərimova məhkəmə çəkişməsinin başında məhz iş xanımı Ruhi Əliyeva dayanır.Bunu dəfələrlə müğənni Afət Fərmanqızı öz müsahibələrində üstüörtülü qeyd edib.

Sözügedən videonu sizlərə təqdim edirik:

Nəzərinizə çatdıraq ki, Türk müğənnisi Sibelcanı Ruhi Əliyeva qarşılayıb.

AMİA.AZ Sözügedən məsələ ilə bağlı müğənni Afət Fərmanqızı ilə əlaqə saxlayıb. Afət Fərmanqızı saytımıza bildirdi ki, məhkəmə sədri Araz Kazımovla bağlı yayılan tiktok videosundan heç bir xəbəri yoxdur.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...xeberal.az







Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ