kargo

Efirdə Elza ilə tamaşaçı arasında QALMAQAL - VİDEO

Efirdə Elza ilə tamaşaçı arasında QALMAQAL - VİDEO

78676
"Səni axtarıram" verilişində Əməkdar artist Elza Seyidcahanla tamaşaçı arasında dava düşüb.

AMİA.AZ axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Seyidcahanın proqrama gələrəq borc pul istəməsi olub. Tamaşaçı onun bu addımını qınayaraq "Burada məqsədimiz xəstələrə yardım etməkdir. Çıxıb deyirsiz mahnımı filan qiymətə satdım, Nə edirsiz həmin pulları" sözlərini deyib.

Əsəbiləşən Seyidcahan isə "Daraşmısınız bizə milçək kimi, siz istəyə bilərsiniz, biz yox. Siz istəyə bilərsiniz, Elza Seyidcahan yox. Səndən çox çalışıram xalq üçün. Hamıız hazırın sahibidir. Canımızı veririk xalq üçün. Sizin gözünüz doymur. Bəstələri satıb konsertlər veririk. Lap qaytarmayacam pulu, sən kimsən. Öz dərdinə qal" sözlərini söyləyib.

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

Seyidcahan obyekt üçün 63 min manat ödəməlidir. Buna görə proqramda yardım istəyib.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ