kargo

“Satmısınız, mən də almışam” - QALMAQAL

“Satmısınız, mən də almışam” - QALMAQAL

78676
Əməkdar artist Elza Seyidcahan müğənni Gülay Zeynallının onun mahnısını oxumamasından gileylənib.

AMİA.AZ xəbər verir ki, bu barədə o, “10-da görüşək” verilişində danışıb.

“Bəzi müğənnilər gedirlər bir mahnıdan toy tuturlar, başlayırlar başqa bəstələrin də üstünü dəyişirlər. Gülaya gözəl mahnı vermişəm, “Əl çəksin kədər”. Görürəm ki, oxumur. Mən də toy tutmaq üçün elə mahnılar yazaram. İstəmədiyim üçün müğənni oldum. Elə müğənnilərə mahnı verəndə oxumurlar. Deyirlər, bundan pul gəlmir”, - deyə bəstəkar-müğənni bildirib.

Zeynallının Seyidcahana cavabı gecikməyib. “Elza xanım, sizi çox sevirəm, hörmətim var sizə. Amma mahnı verməmisiniz, satmısınız, mən də almışam. Mahnı artıq mənimdir. Ürəyim istəyən zaman ifa edəcəm”, - ifaçı instaqram hesabında yazıb.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ