kargo
kargo

Manaf Ağayev qəza keçirdib: "Maşın 5 dəfə fırlandı"

754
Müğənni Manaf Ağayev bir müddət öncə keçirdiyi avtomobil qəzası barədə danışıb.

AMİA.AZ Lent.az-a istinadən xəbər verir ki , ifaçı "Tam vaxtıdır" verilişində bildirib ki, qəzadan sağ çıxması möcüzədir:

"Elə bir avtomobil qəzası keçirmişəm ki... Onun içindən sağ çıxmaq möcüzə idi. Maşınla gedəndə sürücü əyləci basmışdı, maşın 4-5 dəfə fırlanıb aşmışdı. Maşın dayanan kimi ordan çıxdım, alnıma şüşə batmışdı. Elə bilirdim ki, yuxu görürəm. Şükürlər olsun ki, sağ çıxdıq. Amma maşın ələ gəlmədi, tulladıq".
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60
kargo

XƏBƏR LENTİ